04.02.2018

Respublika fənn olimpiadasının ilk mərhələsi keçirildi

    Bu gün Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı tam orta məktəbində Respublika fənn olimpiadasının ilk mərhələsi keçirildi.Respublika fənn olimpiadasını ilk mərhələsində rayonun ümumtəhsil məktəblərinin 324 şagirdi iştirak etdi.

    Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib.