20.01.2019

20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib

    20 yanvar şəhidlərinin  xatirəsinə həsr olunmuş tədbir Şəhidlərin xatirəsinə ucaldılmış abidənin önündən başlandı. Tərtərlilər abidənin önünə gül-çiçək dəstələri qoydular.

    Tədbir iştirakçıları 20 yanvar faciəsinə həsr olunmuş məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.

    Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etdi.

    ..."20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu... Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda,  1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...

    Tədbirdə Umudlu kənd tam orta məktəbin hərbi rəhbəri Rəhman Paşayev, Qaraağacı kənd tam orta məktəbin tarix müəllimi İlahə Mənaflı, Borsunlu kənd tam orta məktəbin XI sinif şagirdi, 20 yanvar faciəsinə həsr olunmuş inşa yazı musabiqəsinin qalibi Raya Məmmədli çıxış etdilər.

    20 yanvar şəhidlərinə həsr olunmuş inşa yazı musabiqəsinin qaliblərinə rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edildi.

    Sonra tədbir iştirakçıları rayon mədəniyyət  mərkəzinin hazırladığı  “20 Yanvar qan yaddaşımızdır” kompozisiyasına  baxdılar.

    Saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Açar sözlər: ,  ,  ,