03.02.2019

Respublika fənn olimpiadasının ilk mərhələsi keçirilib

        Bu gün Tərtər şəhər Rafiq Nuriyev  adına 6 saylı tam orta məktəbində Respublika fənn olimpiadasının ilk mərhələsi keçirilib.Respublika fənn olimpiadasının ilk mərhələsində rayonun ümumtəhsil məktəblərinin 394 şagirdi iştirak edib.

         Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilib.