03.09.2019

Tərtər, Bərdə və Ağdam rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib

Sentyabrın 3-də Bərdə, Tərtər və Ağdam rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib.

Bərdə Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən Tərtər, Bərdə və Ağdam rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və  təhsil işçiləri iştirak ediblər.

Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ilinə dair hesabat məruzəsi təqdim edilib.

Daha sonra Məhəbbət Vəliyeva çıxış edərək hesabatlara öz münasibətini bildirib. Məhəbbət Vəliyeva qəbul imtahanlarında zəif nəticə göstərən ümumtəhsil məktəblərinin fəaliyyətinin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Nazir müavini məktəbdaxili qiymətləndirmənin obyektiv aparılmasının qəbul imtahanı nəticələrinə təsir göstərdiyini bildirərək, məktəblərdə diaqnostik və formativ qiymətləndirməyə nəzarətin artırılmasını qeyd edib.

Məhəbbət Vəliyeva çıxışının sonunda təhsil işçilərinə 2019-2020-ci dərs ili ilə bağlı  tövsiyələrini verib və uğurlar arzulayıb.

Konfrans müzakirələrlə davam etdirilib.


Açar sözlər: ,