30.04.2016

Tərtər məktəbliləri Fənn olimpiadasının  Respublika turunda uğurlu nəticələr əldə etmişlər

22-24 aprel 2016-cı il tarixdə Bakı şəhərində keçirilmiş Fənn olimpiadasının Respublika turunda rayonun beş məktəblisi iştirak etmişdir.Onlardan üç nəfər şagird mükafata layiq yer tutmuşdur.Qurbanov Cümşüd Habil oğlu Cəmilli kənd tam orta məktəbin X sinif şagirdi,Tarix fənni üzrə II yerə,Kərimova Nuranə Elçin qızı şəhər 2 saylı məktəb-liseyin IX sinif şagirdi,Tarix fənni üzrə III yerə,Bayramova Kubra Talıb qızı Dəmirçilər kənd tam orta məktəbin IX sinif şagirdi,Tarix fənni üzrə III yerə layiq görülmüşlər.

Şagirdlərimizi ürəkdən təbrik edir və onlara müvəffəqiyyətlər arzulayırıq.


Açar sözlər: ,