08.09.2016

Müəllimlər üçün əlavə yerləşdirmə

3-5 sentyabr 2016-cı il tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılıb.

Ətraflı
05.09.2016

Masallıda “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyətə başlayıb

Masallı rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 3-də açılış mərasimi keçirilmiş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN həyat” kompleksində “ASAN İntellektual” inkişaf mərkəzi fəaliyyətə başlayıb.

Ətraflı
31.08.2016

Müəllimlər üçün əlavə yerləşdirmə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən və bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan və ya müsahibədə iştirak etməyən namizədlər üçün əlavə yerləşdirmə aparılacaq.

Ətraflı
11.07.2016

Təhsil naziri Qax şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 19 iyul 2016-cı il tarixində saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək.

Ətraflı
24.06.2016

24.06.2016 - cı ildə Tərtər rayonunun ümumtəhsil məktəblərində "Narkomaniyaya qarşı mübarizə ümumxalq işidir" mövzusunda "dəyirmi masa" keçirildi.

      24.06.2016-cı il tarixdə Tərtər Rayon İcra Hakimiyyəti,Tərtər Rayon Təhsil Şöbəsi və rayonun hüquq-mühafizə orqanlarının iştirakı ilə Tərtər şəhər 1 saylı ,6 saylı tam orta məktəblərində o cümlədən şəhər 2 saylı məktəb-liseydə "Narkomaniyaya qarşı mübarizə ümumxalq işidir" mövzusunda "dəyirmi masa" keçirildi.

22.06.2016

Rayonun təmas xəttinə yaxın ərazilərdə yerləşən  22  ümumi təhsil məktəbinin şagirdləri 2015-2016-cı tədris ili üzrə keçirilən buraxılış imtahanlarından azad edildi.

    21.06.2016-cı il tarixdə Tərtər rayonunun ümumi təhsil məktəblərinin IX və XI sinif şagirdləri üçün DİM tərəfindən buraxılış imtahanları keçirildi.

20.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edib

İyunun 20-də təhsil naziri Mikayıl Cabbarov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edib.

Ətraflı
16.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları başlayıb

İyunun 16-da respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları başlayıb.

Ətraflı
14.06.2016

Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri

İyunun 14-də Bakıda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

Ətraflı
14.06.2016

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə test imtahanları

Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanları 16-17 iyun 2016-cı il tarixlərində keçiriləcək.

Ətraflı
14.06.2016

Bu il rayonun ümumi təhsil məktəblərindən XI sinif üzrə 673 şagird məzun olub

2015-2016-cı tədris ilində Tərtər rayonunun ümumi təhsil məktəblərinin IX siniflərini 795, XI siniflərini 673 nəfər şagird bitirib..

14.06.2016

Bu il XI sinif üzrə 88 591 şagird məzun olub

2015-2016-cı tədris ilində respublikanın ümumi təhsil məktəblərinin IX siniflərini 110 222, XI siniflərini 88 591 nəfər şagird bitirib.

Ətraflı
09.06.2016

Təhsil naziri Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 20 iyun 2016-cı il tarixində saat 11:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayon sakinlərini qəbul edəcək.

Ətraflı
02.06.2016

Müəllimlərin yerdəyişməsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb

Təhsil Nazirliyi respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqəyə başlayıb.

Ətraflı
25.05.2016

Təmayül məktəblərin şəbəkəsi genişləndirilib

2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və  36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Ətraflı