Surxay Mirzəyev

Müdir

 

1959-cu  ildə Tərtər şəhərində anadan olmuşdur.

1981-ci ildə Sovet Azərbaycanının 60 illiyi adına Xankəndi Pedaqoji İnstitutunu Tarix və İctimaiyyət müəllimi ixtisası üzrə bitirmişdir.

1981 – ci ildə şəhər 1 saylı məktəbdə müəllim kimi pedaqoji fəaliyyətə başlamış,1991-1993-cü illədə Rusiya Fedarasiyasının Çita şəhərində həqiqi hərbi xidmətdə olmuş,hərbi xidməti başa vurduqdan sonra 1985-ci ilədək həmin məktəbdə müəllim işləmiş,1985-1986-çcı illərdə şəhər 5 saylı məktəbdə direktor müavini ,1986-1990-cı illərdə Təhsil Şöbəsində metodist,1990-cı ildən 2015-ci ilədək Rayon Təhsil Şöbəsində Aparıcı məsləhətçi işləmişdir.Azərbaycan Respublikası Təhsil Nazirliyinin 29 iyul 2015-ci il tarixli əmri ilə Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuş,Tərtər Rayon İcra Hakimiyyəti başçısının  28/09/2015-ci il tarixli 109 nömrəli sərəncamı ilə Rayon Təhsil Şöbəsinin müdiri  vəzifəsinə təyin olunmuşdur.2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.İxtisas dərəcəsinə görə III dərəcəli dövlət qulluqçusudur.

Rayon təşkilatlarının fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif olunmuş, təhsil sahəsində səmərəli xidmətlərinə görə 2014-cü ildə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşdur.