IV Məktəblilərarası fənn müsabiqəsinin birinci mərhələsi keçirilib

    Rayonun ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdlərinin iştirakı ilə fənn müsabiqələrinin birinci mərhələsi keçirilib.Müsabiqədə 141 nəfər şagird iştirak edib.

    VI sinif şagirdlərinə riyaziyyat fənni üzrə,VII sinif şagirdlərinə isə fizika,kimya,biologiya və informatika fənləri üzrə suallar təqdim olunub.Sualları cavablandırmaq üçün şagirdlərə 150 dəqiqə vaxt verilib.

    Müsabiqənin keçirilməsində məqsəd İstedadlı şagirdlərin aşkar edilməsi və Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarına hazırlıq işinin keyfiyyətinin artırılmasıdır.

    Müsabiqənin nəticəsi barədə yaxın günlərdə məlumat veriləcək.