29.04.2021

Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Tərtər rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb. Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) təhsil şöbəsində və müvafiq məktəblərdə yaradılmış işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək. Bundan başqa vətəndaşlar “WhatsApp” nömrələri vasitəsilə ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu prosesinin həyata keçirilməsinə dair suallara cavab tapa bilərlər.

Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri:

Tərtər rayon ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların qəbulu ilə bağlı valideynlərə dəstək məqsədi ilə aşağıda göstərilən ümumtəhsil məktəblərində alternativ qeydiyyat mərkəzləri təşkil olunmuşdur:

1) Tərtər Rayon Təhsil Şöbəsi- Heydər Əliyev Prospekti 4, Tərtər Rayon Təhsil Şöbəsinin Baş mühasibi İmanov Ruslan (+994 50) 324-36-06

2) Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbi- Elman Məmmədov küçəsi 4 (+994 50) 595-75-26

3) Sərdar Zeynalov adına Kəngərli kənd tam orta məktəbi-Kəngərli kəndi (+994 51 ) 722-59-59

4) Maksim Məmmədov adına Bəyimsarov kənd tam orta məktəbi-Bəyimsarov kəndi (+994 50 )649-36-47

5) Mehman Həsənov adına Köçərli kənd tam orta məktəbi-Köçərli kəndi (+994 50) 364-24-67

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə müraciət etmək istəyən valideynlər aprelin 29-dan  www.mektebeqebul.edu.az  elektron sistemində şəxsi kabinetlərinə daxil olaraq övladlarını müsahibəyə yaza bilərlər. Müsahibədə iştirak edərək uğur qazanmış uşaqların həmin bölmə üzrə məktəb seçimi prosesinə isə iyun ayında başlanılması nəzərdə tutulur.


Açar sözlər: ,  ,  ,