25.05.2021

Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb

Tərtər Rayon Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının ilk turunun nəticələri bəlli olub.

Olimpiadanın ilk turunda Tərtər rayonu üzrə Təhsil şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 136 nəfər  beşinci sinif şagirdi iştirak edib.

Bilik yarışının ilk turunda şagirdlər 2 saat (120 dəq) vaxt ərzində məntiqi təfəkkürə dair 30 test sualını cavablandırıblar.

Nəticələrə əsasən 13 nəfər məktəbli yuxarı nəticə göstərərək, olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.


Açar sözlər: ,  ,