25.05.2021

VI-VII sinif şagirdləri arasında təşkil olunan VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib

Aprelin 26-27də fizika, kimya və biologiya fənləri üzrə VII sinif şagirdləri arasında təşkil olunmuş VI Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib.

Müsabiqənin I mərhələsində Tərtər rayon ümumi təhsil müəssisələrindən ümumilikdə 179  nəfər şagird iştirak edib. Şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

Fənn müsabiqələrinin yekun nəticələrinə ( Respublika mərhələsinin nəticələrinə ) əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri  müəyyən ediləcək.Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflər kontingentin formalaşdırılması da nəzərdə tutulur.

Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.


Açar sözlər: ,  ,