Yaşar Məhərrəmov Rəcəb oğlu

1978-ci ildə Tərtər rayonunun  Evoğlu kəndində anadan olmuşdur. N.Tusi adına ADPU-nin Coğrafiya  fakültəsini bitirmişdir. ADİU-nin Maliyyə Kredit fakültəsini bitirmişdir. 2000-ci ildə  Tərtər rayon Evoğlu kənd tam orta məktəbində Coğrafiya müəllimi kimi fəaliyyətə başlamışdır.

2001-2006-cı ildə Evoğlu kənd tam orta məktəbində direktor müavini vəzifəsində çalışmışdır.

2006-2011-ci ildə Evoğlu kənd tam orta məktəbində direktor olaraq çalışmışdır, 2011-2016-cı ildə Evoğlu kənd tam orta məktəbinə yenidən direktor müavini təyin edilmişdir.2016-2019-cu ildə Yuxarı Sarıcalı kənd tam orta məktəbində direktor vəzifəsində çalışmışdır.

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının 25 oktyabr 2019-cu il tarixli 103N-li sərəncamı  ilə Tərtər RTŞ-nin müdiri vəzifəsinə təyin edilmişdir.